satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmək istəyən 8 nəfər saxlanılıb

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmək istəyən 8 nəfər saxlanılıb

Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.

Saxlanılan 8 nəfərin adı açıqlanmır. Onların hansı silahdan istifadə edəcəkləri göstərilməsə də, bəyanatla birlikdə yayımlanan videoda tapança, ov tüfəngi, zirehli gödəkcə və ratsiya da görünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM