satellite   Azerspace-1: 11135 H 30000

Fransada ultra sağçılar yenidən senata qayıdıblar

Fransada ultra sağçılar yenidən senata qayıdıblar

Fransa senatına seçkilərdə diqqət çəkən məqam ultra sağçıların yenidən senata qayıdışıdır. Sağçılar və mərkəzçilər üstünlüyü saxlayıb. Makronistlər isə həmişəki kimi çox az mandatla kifayətlənməli olub.

Naxçıvan televiziyası xəbər verir ki, Fransanın 45 seçki dairəsində 170 yeni senator seçilib. Hər üç ildən bir keçirilən seçkilərdə sağlar senatda üstünlüyü saxlaya biliblər. Solçu qrupların təmsilçilərinin sayı isə 100-ə çatıb. Seçkilərdə ultra sağçıların üç nümayəndəsi qalib gəlib ki, bu da onların senata qayıdışı adlandırılır.

Ultra sağçı “Milli Birlik” (RN) partiyasının yeni nümayəndələri Milli Assambleyadakı 88 ultra sağçı deputatla birgə işləyərək, Lüksemburq Sarayında "möhkəm, lakin konstruktiv müxalifətə" rəhbərlik etmək istəklərini reallaşdırmaq niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM