satellite   Azerspace-1: 11135 H 30000

NATO Litvaya 2 “AWACS” təyyarəsi göndərir

NATO Litvaya 2 “AWACS” təyyarəsi göndərir

NATO Rusiyanın Litva ilə sərhəddə hərbi fəaliyyətini müşahidə etmək məqsədilə bu ölkəyə 2 “AWACS” təyyarəsi göndərir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahı məlumat yayıb.

Bildirilib ki, Alyans Litvanın Şaulyay şəhərində müvəqqəti olaraq “Havadan Xəbərdarlıq və Nəzarət Sistemi” (“AWACS”) müşahidə təyyarəsini yerləşdirəcək. Məlumata görə, təyyarələrdən biri sentyabrın 28-də göndəriləcək.

Sənəddə qeyd olunub ki, “AWACS” yaxın günlərdə NATO-ya üzv dövlətlərin ərazisi üzərində kəşfiyyat uçuşlarına başlayacaq. Məlumata görə, missiyanın bir neçə həftə davam etməsi planlaşdırılıb.

Litvaya göndərilən sistem Almaniyanın Qaylenkirxen şəhərində yerləşən NATO-nun müşahidə təyyarəsindən ibarət donanmaya aiddir. Bu donanmada 14 təyyarə var. “AWACS”a xidmət üçün 150-yə yaxın hərbi qulluqçu Şaulyaya ezam olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM