satellite   Azerspace-1: 11135 H 30000

“Aeroflot” qrupuna aid şirkətlərin bron sistemində qlobal nasazlıq yaranıb

“Aeroflot” qrupuna aid şirkətlərin bron sistemində qlobal nasazlıq yaranıb

Rusiyanın “Aeroflot” qrupuna daxil olan aviaşirkətlərin bron sistemində qlobal nasazlıq yaranıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Aeroflot” şirkətlər qrupu məlumat yayıb.

“Leonardo” bron sistemində nasazlıq səbəbindən “Aeroflot”, “Pobeda”, “Rossiya” şirkətlərinin sərnişinlərinin həm onlayn, həm də aeroportlarda qeydiyyata alınmasında problemlər yaranıb. Aviaşirkətlər sərnişinlərinə aeroportlara vaxtından əvvəl gəlməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiya aviaşirkətləri “Leonardo” sisteminə Qərb sanksiyalarından sonra keçib. Əvvəllər onlar ABŞ-nin “Sabre” və “Navitaire” sistemlərindən istifadə edirdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM