satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək

Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən Ermənistan müxalifəti sentyabrın 30-da İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan KİV-i aksiyaları əlaqələndirən milli komitəyə istinadən məlumat yayıb.

“Sentyabrın 30-da Milli Komitə Respublika Meydanında mitinq keçirəcək”, - məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanın mərkəzində tez-tez etiraz aksiyaları təşkil olunur. Etirazçılar Paşinyanın istefasını tələb edirlər. Vaxtaşırı etirazçılarla polis arasında toqquşmalar da baş verir. Son günlər polis onların kütləvi həbslərinə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM