satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: "Ermənistan danışıqları vaxt uzatmaq üçün aparırdı"

Hakan Fidan: "Ermənistan danışıqları vaxt uzatmaq üçün aparırdı"

“Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini Nyu-Yorkda müzakirə etdik”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, bəziləri qeyri-obyektiv mövqe tutur və bunu ifadə edir: “Biz isə deyirik ki, antiterror tədbirləri Azərbaycanın haqqıdır. Azərbaycanlı qardaşlarımız 44 günlük müharibədən sonra səbrlə gözlədilər ki, xunta rejimi ləğv olunsun. Azərbaycanlı qardaşlarımız bu təmaslarda iştirak etdilər. Lakin nəticəsi olmadı. Onlar gördülər ki, təmaslar problemin həllinə yox, vaxtı uzatmağa hesablanıb. Ermənistan və bəzi dairələr vaxt uzadırdı”.

XİN başçısı qeyd edib ki, Qarabağdakı son antiterror tədbirləri zamanı mülki əhali arasında itki olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM