satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Ukraynaya 100 milyon dollar investisiya yatıracaq

Türkiyə Ukraynaya 100 milyon dollar investisiya yatıracaq

Türkiyənin “Baykar” şirkəti Ukraynaya 100 milyon ABŞ dollarına yaxın investisiya yatıracaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən Hərbi Sənaye Forumunda bildirib.

Bayraktar bu vəsaitlə Ukraynada pilotsuz uçuş aparatı (PUA) zavodu tikiləcəyini söyləyib.

“Tikinti artıq başlayıb. Onu başa çatdırmaq üçün təqribən 1,5 il vaxt lazımdır. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq”, - o deyib.

Baş direktorun sözlərinə görə, vəsait zavodun tikintisi ilə yanaşı, Ukraynadakı xidmət mərkəzinin və şirkətin baş ofisinin saxlanmasına sərf olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM