satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə İsveçdə Ərdoğana qarşı törədilən təxribatları kəskin pisləyib

Türkiyə İsveçdə Ərdoğana qarşı törədilən təxribatları kəskin pisləyib

Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz Prezident Rəcəb Tayyib Ərdoğana qarşı İsveçdə törədilən təxribatları kəskin şəkildə pisləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə C.Yılmaz “X”də yazıb.

“Stokholmdakı səfirliyimizin yanında cənab prezidentimizi hədəf alan çirkin təxribatları ən kəskin şəkildə qınayır və lənətləyirəm. Dayanmaq bilməyən bu hücumların və təxribatların arxasındakı hədəfin ölkəmizə, millətimizə və bütün İslam aləminə qarşı olduğu aşkardır. Bu hücumlara demokratiya adı altında haqq qazandırılmamalıdır”, - o bildirib.

C.Yılmaz, həmçinin İsveç hökumətinə çağırış edib: “İsveçin belə təxribatlara yol verməməsini gözləyirik. Hökuməti cinayətkarları məsuliyyətə cəlb etməyə çağırırıq”.

Ərdoğanın köməkçisi onu da qeyd edib ki, Ankara belə təxibatlara qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, dünən İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin yaxınlığında R.T.Ərdoğanın maketi yandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM