satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər

Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər

“Türkiyə tərəfi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükü məsələsini nəzərdən keçirir”.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Bayraktar Akıncı”ya gəlincə, bu məsələ nəzərdən keçirilir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada müəyyən PUA növlərinin istehsal edilməsi üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır: “Müdafiə sahəsində əməkdaşlıq məsələsində dövlətin icazəsi lazımdır və bizə belə bir icazə verilib. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, “Bayraktar Akıncı” məsələsi nəzərdən keçirilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM