satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin senatoru təyyarə qəzasına uğrayıb, siyasətçi ailəsi ilə birgə həlak olub

ABŞ-nin senatoru təyyarə qəzasına uğrayıb, siyasətçi ailəsi ilə birgə həlak olub

ABŞ-nin Şimali Dakota ştatından senatoru Daq Larsen ailəsi ilə birgə təyyarə qəzasında həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Associated Press” bildirib.

Məlumata görə, siyasətçi ilə birgə onun həyat yoldaşı və iki azyaşlı övladı ölüblər. Onların kiçikhəcmli təyyarəsi Yuta ştatında yerə çırpılıb.

Qrand dairəsinin Şerif Departamentinin feysbukda dərc etdiyi açıqlamaya görə, təyyarə yerli vaxtla bazar günü axşam Kanyonlends aerodromundan qalxdıqdan qısa müddət sonra Moab qəzaya uğrayıb. Şerif ofisi senatorun pilot olduğunu və hava nəqliyyatı vasitəsində olan dörd nəfərin hamısının həlak olduğunu bildirib.

Qeyd edək ki, Daq Larsen Respublikaçılar Partiyasının üzvü olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM