satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu son sutkada Rusiyanın 1 “İsgəndər-K” raketini və 29 “Shahed” PUA-sını məhv edib

Ukrayna ordusu son sutkada Rusiyanın 1 “İsgəndər-K” raketini və 29 “Shahed” PUA-sını məhv edib

Ukrayna ordusu son sutkada Rusiyanın bir “İsgəndər-K” raketini və İran istehsalı olan 29 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, oktyabrın 2-dən 3-nə keçən gecə Rusiya ordusu 31 “Shahed”lə Ukrayna ərazisinə hücum edib. Onlardan 29-u sıradan çıxarılıb.

Bundan başqa, raket qəlpələrinin Dnepr şəhərində xüsusi müəssisəyə düşməsi nəticəsində yanğın olub. Pavloqradda isə bir sıra istehsal müəssisələrinin binaları dağılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM