satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə məktəblərində mobil telefonlar qadağan ediləcək

İngiltərə məktəblərində mobil telefonlar qadağan ediləcək

Böyük Britaniyanın təhsil naziri Cillian Kiqan İngiltərə məktəblərində mobil telefonların qadağan olunmasını tövsiyə edib.

Naxçıvan televiziyası xəbər verir ki, Böyük Britaniya Təhsil Nazirliyinin dərc etdiyi kommünikeyə əsasən, bu tədbir destruktiv davranışla mübarizəyə kömək göstərəcək və məktəblilərin diqqətini təhsilə cəlb edəcək.

Mobil telefonlardan istifadənin bütün dərs günü ərzində, o cümlədən tənəffüslərdə də qadağan edilməsi təklif olunur. Əgər məktəblər bu tövsiyəyə əməl etməsələr, hökumət qadağanın məcbur edilməsi barədə qanunverici aktı müzakirəyə çıxaracaq.

Böyük Britaniya hökumətinin məlumatına görə, İngiltərədə məktəblilərin 29 faizi dərslərdə mobil telefonlardan istifadə edir.

Qeyd edək ki, smartfonların məktəblərdə istifadəsinin təhlükəsi barədə BMT-nin xəbərdarlığından sonra Fransa, İtaliya və Portuqaliyada analoji qadağalar qüvvəyə minib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM