satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Duması: “Roma statutunun ratifikasiyası Ermənistan üçün problem yaradacaq"

Rusiya Duması: “Roma statutunun ratifikasiyası Ermənistan üçün problem yaradacaq"

“Roma Statutunun ratifikasiyası Ermənistan və onun vətəndaşları üçün problemlər yaradacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin teleqramda yazıb.

Onun sözlərinə görə, bu, düşünülməmiş, strateji cəhətdən düzgün olmayan qərardır: “Bu qərarı qəbul edənlər səbəbi izah etməlidirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın seçimidir. Sözügedən sənədin ratifikasiyası isə bu inkişafa ziddir”.

Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Roma statutunu təsdiqləyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibədə uşaq alverinə görə Rusiya Prezidenti Vladimir Putinin cinayət məsuliyyətinə cəlb olunmasına dair qərar qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM