satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda keçmiş ombudsman Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub

Ermənistanda keçmiş ombudsman Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub

Ermənistanın keçmiş ombudsmanı Kristine Qriqoryan Baş nazir Nikol Paşinyanın sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Ermənistan hökumətinin saytında yerləşdirilib.

“Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, - sərəncamda qeyd edilib.

Xarici Kəşfiyyat Xidməti kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq, həmçinin hökumət başçısına birbaşa tabe olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM