satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda keçmiş general-mayorun həbs müddəti iki ay uzadılıb

Ermənistanda keçmiş general-mayorun həbs müddəti iki ay uzadılıb

Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbs müddətini iki ay uzadıb.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan məhkəmə sisteminin məlumatında deyilir.

Qeyd edilib ki, növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq.

Q.Xaçaturov keçmiş müdafiə naziri, parlamentin “Ayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM