satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Hərbi Donanması Qara dənizin Abxaziya sahillərində daimi baza qurur

Rusiya Hərbi Donanması Qara dənizin Abxaziya sahillərində daimi baza qurur

Abxaziyada Qara dəniz sahilində Rusiya Hərbi Dəniz Donanmasının yeni daimi bazası yaradılacaq.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə Gürcüstanın separatçı Abxaziya “respublikası”nın “prezidenti” Aslan Bjaniya “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Abxaziya arasında müvafiq saziş artıq imzalanıb. Bjaniya sentyabrın 30-da “respublika”nın “müstəqillik günü”ndə Rusiya Hərbi Dəniz Donanmasının ciddi döyüş qabiliyyətinə malik müasir kiçik raket gəmisinin Abxaziya sahilinə gəldiyini, Rusiya ilə müqavilə imzaladıqlarını və yaxın gələcəkdə Oçamçir rayonunda Rusiya Hərbi Dəniz Donanmasının daimi bazası olacağını söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM