satellite   Azerspace-1: 11135 H 30000

Fransızların 63 faizi ölkəsinin Qarabağ məsələsi ilə məşğul olmasının əleyhinədir

Fransızların 63 faizi ölkəsinin Qarabağ məsələsi ilə məşğul olmasının əleyhinədir

Fransa KİV-lərində Parisin Azərbaycanın Qarabağ regionu məsələsində fəaliyyətsizliyi, o cümlədən erməniləri qorumalı olduğu ilə bağlı yayılan materiallardan sonra fransızlar arasında rəy sorğusu keçirilib. İctimai rəy sorğusu zamanı məlum olub ki, bu ölkənin əhalisinin əksəriyyəti bu məsələyə müdaxilə etməməyin tərəfdarıdır, hətta bəziləri baş verənlərdən xəbərdar deyil.

Naxçıvan televiziyası Fransa KİV-ə istinadən xəbər verir ki, sorğu Fransanın BFM TV kanalının sifarişi ilə keçirilib.

Sorğunun nəticələrinə görə, respondentlərin 63 faizi Fransanın bu məsələlərə müdaxiləsinin əleyhinə olub və ya bu barədə heç məlumatlı deyillər.

Respondentlərin 38 faizi bu sorğuda iştirak etmək istəmədiyini, 25 faizi isə bu məsələ ilə bağlı fikir bildirməkdə çətinlik çəkdiyini bildirib.

Cəmi 6 faizlik kiçik qrup "yerli əhalini qorumaq”la bağlı Qarabağa hərbi müdaxilə barədə absurd ideyanı dəstəkləyib.

Onların 30 faizi hərbi müdaxilə olmadan Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqini zəruri hesab edib.

Güman ki, son iki variantı seçən fransızların əhəmiyyətli hissəsi erməni icmasının nümayəndələri və ya erməniəsilli Fransa vətəndaşlarına yaxın insanlardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM