satellite   Azerspace-1: 11135 H 30000

HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub

HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub

Fələstinin radikal HƏMAS hərəkatının yəhudi dövlətinin ərazisinə hücumu nəticəsində İsrail Müdafiə Qüvvələrinin azı 44 hərbçisi həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ordunun sözçüsü Avixay Adrai “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

“İsrail ordusu indiyədək silahlılarla şiddətli toqquşmalarda əsgər və zabitlər də daxil olmaqla 44 hərbçisini itirib”, - Adrai deyib.

O, İsrail qüvvələrinin HƏMAS-ın yüzlərlə tərəfdarını zərərsizləşdirdiyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM