satellite   Azerspace-1: 11135 H 30000

KİV: İsrail hərbçiləri HƏMAS komandanının müavinini yaxalayıb

KİV: İsrail hərbçiləri HƏMAS komandanının müavinini yaxalayıb

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin Cənub Diviziyası komandanının müavini Məhəmməd Əbu Qalini saxlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail ordusunun bəyanatına istinadən məlumat yayıb.

Onun Hərbi Dəniz Qüvvələrinin “Şayet 13” bölməsi tərəfindən saxlanıldığı qeyd edilir. Hələlik hadisənin təfərrüatları açıqlanmır.

"Şübhəli şəxs həbsdədir və hazırda Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən dindirilir", - məlumatda deyilir.

Bundan əlavə, hərbçilər Qəzza zolağından İsrailə daxil olan fələstinli terrorçunun vurulması, həmçinin Hərbi Dəniz Qüvvələrinin raket gəmisi tərəfindən üç raket buraxılış qurğusunun məhv edilməsi barədə məlumat yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM