satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu bir həftədə Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu bir həftədə Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri oktyabrın ilk həftəsində Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib.

Naxçıvan televiziyası xəbər verir ki, TRT telekanalı bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülərə istinadla məlumat yayıb.

“Oktyabrın 1-dən 8-dək Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın və Suriyanın şimalinda PKK/PYD qruplaşmalarına qarşı apardığı əməliyyatların gedişində 150-dən çox terrorçu zərərsizləşdirilib, terror təşkilatlarının obyektləri və gəlir mənbələri sıradan çıxarılıb”, - deyə məlumatda bildirilir.

Oktyabrın 1-də PKK silahlılarının Ankarada Daxili İşlər Nazirliyinin binasına hücumundan sonra Türkiyə ordusu İraqda və Suriyada terrorçulara qarşı əməliyyatları intensivləşdirib. Ekspertlərin fikrincə, Türkiyə Silahlı Qüvvələri ölkənin cənub sərhədləri yaxınlığında genişmiqyaslı quru əməliyyatına başlaya bilər. İraq və Suriyada əməliyyatlar keçirmək üçün ordunun mandatı var və mandatın uzadılması məsələsi oktyabrın sonunadək parlamentdə müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM