satellite   Azerspace-1: 11135 H 30000

Fransa qoşunlarının Nigerdən çıxarılması oktyabrın 10-da başlayacaq

Fransa qoşunlarının Nigerdən çıxarılması oktyabrın 10-da başlayacaq

Vətənin Qurtuluşu Milli Şurası Fransa qoşunlarının Nigerdən çıxarılmasına oktyabrın 10-da başlanacağını bildirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə hökumətdəki mənbələrə istinadən “Agence France-Presse” xəbər yayıb.

Digər təfərrüatlar hələlik açıqlanmayıb. Oktyabrın 6-da “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən xəbər verib ki, Fransa oktyabrın 9-da Nigerdən qoşunlarını çıxarmağa başlayacaq.

Fransa silahlı qüvvələrinin komandanlığı hərbi kontingentin Nigerdən kənarda müvəqqəti yerləşdirilməsinin yerini də müəyyən edib. Qoşunlar Fransanın Saheldəki qüvvələrinin qərargahının yerləşdiyi qonşu Çada yerləşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM