satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda 50 mindən çox şəxs narkotik satan teleqram kanallarına abunədir

Ermənistanda 50 mindən çox şəxs narkotik satan teleqram kanallarına abunədir

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan teleqram kanallarına 50 mindən çox Ermənistan vətəndaş abunə olub.

Naxçıvan televiziyası Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan bildirib.

Onun sözlərinə görə, 2022-2023-cü illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 029 cinayət işi araşdırılıb, 1 063 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 287-si həbs edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən vəsaitin ümumi həcmi 3 milyard dramı (7,5 milyon ABŞ dolları - Qeyd) ötüb.

Araşdırmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.

Hesabat dövründə müstəntiqlər tərəfindən qadağan olunmuş maddələrin istehsal olunduğu laboratoriya avadanlığı olan 6 məntəqə aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM