satellite   Azerspace-1: 11135 H 30000

Fransa qoşunları Nigerdən çıxmağa başlayıb

Fransa qoşunları Nigerdən çıxmağa başlayıb

Fransalı hərbçilərdən ibarət ilk qrup Nigeri tərk edib.

Naxçıvan televiziyası xəbər verir ki, France-Presse agentliyi bu barədə Fransa Silahlı Qüvvələrinin Baş qərargahına istinadla məlumat yayıb.

Məlumata görə, Fransa qoşunlarının Nigerdən çıxarılması plana əsasən həyata keçirilir və koordinasiya davam edir. Nigerdə 1,4 min fransalı hərbçi var. Bir müddət öncə Nigerin müvəqqəti hökuməti – Vətənin xilası üzrə milli şura oktyabrın 10-dan etibarən Fransa qoşunlarının ölkədən çıxarılma prosesinin başlayacağını bildirmişdi.

Xatırladaq ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə prezidenti Məhəmməd Bazumu həbs edib.

Təxminən 26 milyon əhalisi olan Niger dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin inkişaf indeksində 191 ölkə arasında 189-cu yerdə qərarlaşan Nigerin əhalisinin 40 faizdən çoxu yoxsulluq içərisində yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM