satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib

Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.

Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM