satellite   Azerspace-1: 11135 H 30000

Zelenski ikinci müddət üçün prezidentliyə namizədliyi məsələsinə aydınlıq gətirib

Zelenski ikinci müddət üçün prezidentliyə namizədliyi məsələsinə aydınlıq gətirib

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə bitdikdən sonra ikinci müddətə prezidentliyə namizəd olmayacağını bildirib. Amma prezident seçkiləri müharibə zamanı keçirilsə, namizədliyini irəli sürəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı “Digi24” telekanalına müsahibəsində söyləyib.

“Müharibə davam etsə - hə, müharibə bitsə - yox. Müharibə zamanı mən qaça bilmərəm”, - Zelenski müvafiq suala cavabında belə deyib.

Eyni zamanda V.Zelenski müharibənin bitməsinin dəqiq tarixi barədə fikir bildirməyib, lakin Ukraynanın “son mərhələdə” olduğunu vurğulayıb: “Düşünürəm ki, biz son mərhələdəyik. Çoxlu pulumuz, silahlarımız var, lakin sonuncu hissədə, ən çətin mərhələdəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM