satellite   Azerspace-1: 11135 H 30000

Baş katib: NATO-nun nüvə sınaqlarını bərpa etmək planı yoxdur

Baş katib: NATO-nun nüvə sınaqlarını bərpa etmək planı yoxdur

Rusiyanın nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürmək planları ilə bağlı məlumatlar fonunda NATO nüvə sınaqlarını bərpa etmək niyyətində deyil.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

“Bizim nüvə sınaqları keçirmək planımız yoxdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. O, nüvə yüklərinin sınaq partlayışlarını, eləcə də dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM