satellite   Azerspace-1: 11135 H 30000

“G7” HƏMAS-ın İsrailə hücumlarını terror adlandırır

“G7” HƏMAS-ın İsrailə hücumlarını terror adlandırır

“G7” ölkələri HƏMAS-ın İsrailə qarşı terror hücumlarını kəskin şəkildə pisləyir və İsrail xalqına dəstəklərini bildirirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu bu il G7-yə sədrlik edən Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki Mərakeşdə keçirdiyi mətbuat brifinqində deyib.

“Biz birmənalı olaraq HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyir və İsrail xalqına dəstəyimizi bildiririk”-deyə, o bildirib.

Yaponiya Bankının (Mərkəzi Bank - Qeyd) rəhbəri Kazuo Ueda Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin dünya iqtisadiyyatının vəziyyəti, gələcək inkişafı və maliyyə şərtləri ilə bağlı proqnozlarda onsuz da yüksək dərəcədə qeyri-müəyyənliyi gücləndirəcəyi qənaətində olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM