Türkiyə Silahlı Qüvvələrinin çavuşu Musa Esat Kaya şəhid olub.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, o, İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olub.
