satellite   Azerspace-1: 11135 H 30000

Yaşar Gülər: “NATO-dakı müttəfiqlərimizin Türkiyəyə məhdudiyyətlər qoyması qəbuledilməzdir”

Yaşar Gülər: “NATO-dakı müttəfiqlərimizin Türkiyəyə məhdudiyyətlər qoyması qəbuledilməzdir”

“NATO müttəfiqləri tərəfindən məhdudiyyətlərə məruz qalmağımız qəbuledilməzdir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində jurnalistlərə açıqlama verən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, Türkiyənin NATO-ya verdiyi töhfələrə rəğmən, ixrac məsələlərində məhdudiyyətlər tətbiq edilir: “Bunlar təkcə bizim yox, NATO-nun təhlükəsizliyinə mənfi təsir edir. Türkiyə olaraq NATO-nun və Avropa – Atlantik məkanının təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik”.

Y.Gülər həmçinin qeyd edib ki, Türkiyə PKK/YPG, FETÖ, İŞİD, Əl-Qaidə və digər terror təşkilatları ilə mübarizəni davam etdirəcək: “İclas zamanı bu barədə də danışdıq. Dedik ki, bu istiqamətdə müttəfiqlərimizdən dəstək gözləyirik. PKK/YPG terror təşkilatını dəstəkləməyin heç bir bəhanəsi ola bilməz”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM