satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko: Ermənistan özünü tərəfdaş kimi aparmır

Lukaşenko: Ermənistan özünü tərəfdaş kimi aparmır

Ermənistan özünü heç də hər zaman tərəfdaş kimi aparmır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

“Mən çıxışıma əsas məsələlərlə başlamaq istərdim. Nəzərinizə çatdırım ki, Birliyin yaradılmasında əsas məqsəd SSRİ-nin dağılmasından sonra əlaqələrin kəsilməsinin qarşısını almaq idi. Birliyin yaradılması rəqiblərimizi qane etmədi və bu gün də qane etmir, çünki Qərb indiyədək bizi sarsıtmaq, zəiflətmək və öz maraqlarına tabe etmək cəhdlərindən əl çəkmir. İlk olaraq Gürcüstan Birliyi tərk etdi, Ukrayna de-fakto bizimlə deyil. Moldova haqda böyük suallar mövcuddur. Ermənistan isə özünü təəssüf ki, heç də həmişə tərəfdaş kimi aparmır”, - Belarus lideri bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM