satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Qəzzaya humanitar yardım göndərib

Türkiyə Qəzzaya humanitar yardım göndərib

Türkiyədən Qəzzaya ilkin humanitar yardım göndərilib.

Naxçıvan televiziyası xəbər verir ki, hərbi təyyarə ilə göndərilən yardımlar Misirə çatıb. Ərzaq və təcili tibbi yardım vasitələrindən ibarət humanitar yükün Rəfah qapısından keçirilərək Qəzza sektoruna çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Misirə səfər edəcək. Onun misirli həmkarı Sami Şükri ilə görüşəcəyi bildirilir. Görüşdə İsrail-Fələstin münaqişələrinin həlli məsələləri də müzakirə olunacaq.

Xatırladaq ki, İsrail və Fələstin arasında münaqişənin kəskinləşdiyi andan etibarən Türkiyə problemin diplomatik yollarla həlli istiqamətində çoxşaxəli səylərini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM