İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın onlarla bazasını məhv edib.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, həmin bazalar xüsusilə pilotsuz uçuş aparatlarının istifadəsi üçün istifadə edilirdi.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
