satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Ukraynadan taxıl daşıyan yük gəmiləri Mərmərə dənizində toqquşub

Rusiya və Ukraynadan taxıl daşıyan yük gəmiləri Mərmərə dənizində toqquşub

Rusiya və Ukraynadan taxıl daşıyan yük gəmiləri Mərmərə dənizində toqquşub.

Naxçıvan televiziyası RBK-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Baş İdarəsi bildirib.

Qeyd edilib ki, Ukraynanın İzmail şəhərindən İspaniyanın Valensiya limanına hərəkət edən taxılla dolu “HAJE HALIMEH” gəmisi ilə Rusiyanın Krasnodar diyarının Qafqaz limanından İsrailin Aşdod şəhərinə hərəkət edən "ASOMTAOS" gəmisi Mərmərə dənizində toqquşub. Zədələnmiş gəmiləri Türkiyənin Təkirdağ şəhərinə yola salıblar.

"ASOMATOS" Panama bayrağı altında üzürmüş. 2003-cü ildə tikilən bu gəminin uzunluğu 169, Kamar adaları bayrağı altında üzən “HAJE HALIMEH” gəmisinin uzunluğu isə 122 metrdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM