satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan ABŞ-ni ittiham edib: “Bu necə müttəfiqlikdir?”

Ərdoğan ABŞ-ni ittiham edib: “Bu necə müttəfiqlikdir?”

“ABŞ-nin PKK-nın Suriyadakı əlaltıları ilə bu ölkədə həyata keçirdiyi fəaliyyətlər Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də “Türkiyə-Afrika 4-cü İş və İqtisadiyyat Forumu”nun bağlanış mərasimində deyib.

O bildirib ki, Türkiyə və ABŞ arasında təhlükəsizlik problemi var: “Biz NATO-da ABŞ ilə bir yerdə deyilik? ABŞ pilotsuz uçuş aparatlarımızı (PUA) vurubmu? Belə bir şeyi necə edə bilərsən? Bu necə müttəfiqlikdir? Bizimlə ABŞ arasında təhlükəsizlik problemi var. Terror təşkilatının arxasında kimin olmasından asılı olmayaraq onun kökünü kəsməkdə qərarlıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM