satellite   Azerspace-1: 11135 H 30000

Fransa mümkün terror hücumlarına qarşı 7 min hərbçi cəlb edəcək

Fransa mümkün terror hücumlarına qarşı 7 min hərbçi cəlb edəcək

Yelisey sarayı Yaxın Şərqdə başlayan hərbi əməliyyatlar fonunda baş verə biləcək təhdidlərlə bağlı “Sentinelle” antiterror əməliyyatına 7 min hərbçi cəlb edəcək.

Naxçıvan televiziyası “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, bu barədə qərar Arras şəhərində bıçaqla silahlanmış şəxsin müəllimi öldürməsi və bir neçə nəfəri yaralaması ilə nəticələnmiş hadisədən bir gün sonra qəbul olunub.

Yaxın Şərqdə baş verən hadisələrin nəticələrindən ehtiyatlanan Paris oktyabrın 13-də antiterror hazırlığı planının yüksək mərhələsini - “hücumlara fövqəladə hazırlıq” rejimi elan edib.

Arras hadisəsindən sonra sağçılar ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini, ifrat sağçılar isə daxili işlər naziri Jerald Darmanenin istefasını istəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM