satellite   Azerspace-1: 11135 H 30000

İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv edib

İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv edib

İsrail hərbçiləri Fələstinin HƏMAS radikal qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.

“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, Qəzza zolağında HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının bölük komandirlərindən biri Bilal Əl-Kedranı zərərsizləşdirilib. O, kibbutz Nirimə terror hücumuna rəhbərlik edib”, - məlumatda bildirilir.

Qeyd olunub ki, həmçinin hava hücumu zamanı HƏMAS və Fələstinin radikal “İslami Cihad” hərəkatının digər yaraqlıları da öldürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM