satellite   Azerspace-1: 11135 H 30000

İsrail Livanla sərhəddəki vətəndaşlarını təxliyə edir

İsrail Livanla sərhəddəki vətəndaşlarını təxliyə edir

İsrail Müdafiə Nazirliyi və Milli Fövqəladə Hallar İdarəsi ölkənin şimalında Livanla sərhəddə 2 km dərinlikdə yaşayanların təxliyəsini elan edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, planı İsrailin müdafiə naziri Yoav Qallant təsdiqləyib. Onu yerli bələdiyyələr, Daxili İşlər Nazirliyi və Milli Fövqəladə Hallar İdarəsi reallaşdıracaq.

Məlumata görə, plana 28 icmanın sakinləri daxildir: Qacar, Dişon, Kfar-Yuval, Marqaliot, Metula, Avivim, Doveyev, Maayan Barux, Baram, Manara, İftax, Malkiya, Misqav-Am,Yiron, Dafna, Arab-əl-Am, Aramşe, Şlomi, Netua, Yaara, Ştula, Matat, Zarit, Şomera, Beset, Adamit, Roş xa-Nikram, Xanit və Kfar Qiladi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM