satellite   Azerspace-1: 11135 H 30000

Misir Süveyş kanalında ödənişlərin həcmini artıracaq

Misir Süveyş kanalında ödənişlərin həcmini artıracaq

Gələn il Süveyş kanalında xam neft, mayeləşdirilmiş təbii qaz nəqlinə, o cümlədən şəxsi yaxta və qayıqlara, konteyner gəmilərinə, avtomobil daşıyıcıları və sərnişin gəmilərinə 15 faiz artım nəzərdə tutulur.

Naxçıvan televiziyası Anadolu agentliyinə istinadla xəbər verir ki, quru yük, ümumi yük, ro-ro gəmiləri və digər gəmilər üçün rüsumlar 5 faiz artırılacaq. Bundan başqa, Şimal-Qərbi Avropa limanlarından birbaşa gələn və birbaşa uzaq şərq limanlarına gedən konteyner gəmiləri üçün ödənişlər 5 faiz bahalaşacaq.

Süveyş Kanalı İdarəsinin verdiyi məlumata görə, ümumi gəlirin 2023-cü ilin sonuna qədər 10,3 milyard dollara yüksəlməsi gözlənilir.

Qeyd edək ki, Süveyş kanalı Misirin valyuta gəlirləri əldə etdiyi mühüm mənbələrdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM