satellite   Azerspace-1: 11135 H 30000

Moskva Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını “təxribat” adlandırıb

Moskva Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını “təxribat” adlandırıb

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışını məsuliyyətsizlik və təxribatçılıq kimi qiymətləndirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikri TASS agentliyinə Moskvadakı yüksəkvəzifəli məmur söyləyib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını olduqca məsuliyyətsiz və təxribatçı çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir. Ermənistanın Moldovadan sonra üçüncü Ukraynaya çevrildiyini görürük. Paşinyan isə iri addımlarla Volodimir Zelenskinin yolunu gedir”, - deyə məmur bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM