satellite   Azerspace-1: 11135 H 30000

İsrail son sutkada HƏMAS-ın yüzlərlə obyektinə zərbə endirib

İsrail son sutkada HƏMAS-ın yüzlərlə obyektinə zərbə endirib

Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yüzlərlə hədəfinə hücum edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında bildirilib.

“Bu obyektlərə tank əleyhinə raket buraxılış məntəqələri, terrorçuların qazdıqları tunellər, kəşfiyyat infrastrukturu və əlavə komanda mərkəzləri daxildir”, - hesabatda vurğulanıb.

Onlarla minaatan qurğunun vurulduğu da qeyd edilib.

Bundan əlavə, İsrail qırıcıları Qəzza zolağının cənubundakı Rəfah şəhərində "Xalq Müqavimət Komitələri" radikal qruplaşmasının hərbi qanadının rəhbərini vurub və bir yüksək dəqiqlikli hava hücumu ilə hərbçilər HƏMAS-ın Qəzzadakı 10-a yaxın hakim nümayəndəsini vurublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM