satellite   Azerspace-1: 11135 H 30000

Livan ərazisindən İsrailə 6 raket atılıb

Livan ərazisindən İsrailə 6 raket atılıb

Livan ərazisindən İsrailin şimalına atılan 6 raket səbəbilə hava hücumu xəbərdarlığı siqnalı işə düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun açıqlamasında qeyd edilib.

Məlumata görə, İsrail hava hücumundan müdafiə sistemləri 1 raketi zərərsizləşdirib, digər 5 raket isə açıq ərazilər düşüb. İsrail ordusu hücumların həyata keçirildiyi bölgələri hədəf aldığını bildirib.

Livan Hizbullahının verdiyi açıqlamada isə sərhəd bölgəsində 4 kazarma, bir müşahidə qülləsi və hərbi-texniki maşınlara hücum edildiyi qeyd edilib.

Qeyd edək ki, Hizbullah ilə İsrail ordusu arasında oktyabrın 8-də başlayan qarşıdurmalarda indiyədək 12 Hizbullah üzvü və 2 İsrail əsgəri həlak olub.

Livanla sərhəddə baş verən qarşıdurmalarda biri jurnalist olmaqla 3 mülki şəxs, İsraildə isə bir nəfər həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM