satellite   Azerspace-1: 11135 H 30000

KİV: Pentaqon ABŞ-nin Suriyadakı bazasına hücumu təsdiqləyib

KİV: Pentaqon ABŞ-nin Suriyadakı bazasına hücumu təsdiqləyib

ABŞ-nin Suriyadakı “Et-Tanf” hərbi bazası pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) istinadən məlumat yayıb.

Bazaya hücum barədə daha əvvəl “Al Mayadeen” telekanalı məlumat verib. Onun mənbələrinə görə, bazada iki raket partlayıb.

Hücumun arxasında kimin olduğu açıqlanmır. PUA-ların sayı və hərbi bazaya hər hansı zərərin olub-olmadığı dəqiqləşdirilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM