satellite   Azerspace-1: 11135 H 30000

Siciliya adasında meşə yanğınları yaşayış məntəqələrinə yaxınlaşıb

Siciliya adasında meşə yanğınları yaşayış məntəqələrinə yaxınlaşıb

İtaliyanın cənubundakı Siciliya adasının Messina şəhəri yaxınlığında meşə yanğınları baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, yanğınların bəzi yerlərdə yaşayış məntəqələrinə yaxınlaşdığı, insanların evlərini tərk etmək məcburiyyətində qaldığı və təsərrüfata ziyan dəydiyi bildirilir. Bəzi bələdiyyələrdə məktəblərin, uşaq bağçalarının və sosial strukturların bağlanması barədə göstəriş verilib.

Adanın Palermo, Trapani, Kataniya şəhərlərində qırmızı, digər bölgələr üçün narıncı xəbərdarlıq elan olunub. Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və mülki müdafiə könüllüləri gücləndirilmiş iş rejiminə keçib. Əhaliyə maksimum sayıqlıq göstərmək, şübhəli hərəkətlər barədə məlumat vermək, alaq otlarını yandırmamaq barədə xəbərdarlıq edilib.

İtaliyanın şimal və mərkəzi regionlarında yağmurlu hava şəraiti davam etsə də, Siciliya adasında temperaturun bu gün 35 dərəcəni keçəcəyi gözlənilir. Hazırda adada, həmçinin küləkli hava şəraiti hökm sürür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM