satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə kütləvi zəhərlənmə baş verib, 350 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyədə kütləvi zəhərlənmə baş verib, 350 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə baş verib.

Naxçıvan televiziyası “HaberGlobal”a istinadən xəbər verir ki, şəhərdə bir çox insanlar vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardıma müraciət ediblər.

Xəstəxanaya yerləşdirilən vətəndaşların yedikləri yeməkdən zəhərləndikləri müəyyən edilib. Müalicə alan 350 nəfərin 321-i evə buraxılıb. Hazırda 29 xəstənin müalicəsi davam etdirilir.

Şəhərin səhiyyə idarəsi hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, vətəndaşlar iş yerlərində xidmət göstərən qida paylayıcı şirkətin təqdim etdiyi məhsullardan zəhərləniblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM