satellite   Azerspace-1: 11135 H 30000

İsrail Müdafiə Ordusu: "HƏMAS-ın hücumları başlayandan indiyədək 307 əsgərimiz həlak olub"

İsrail Müdafiə Ordusu: "HƏMAS-ın hücumları başlayandan indiyədək 307 əsgərimiz həlak olub"

"HƏMAS qruplaşmasının İsrailə hücum etməsindən indiyədək 307 əsgərimiz həlak olub".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari deyib.

Onun sözlərinə görə, radikalların Qəzza zolağından İsrailə atdığı 550-dən çox raket Fələstin anklavı ərazisinə düşüb: “Qəzza zolağına istənilən humanitar yardımın yalnız anklavın cənub hissəsinə çatdırılmasına icazə veriləcək. Qəzzə zolağının şimalındakı 700 minə qədər sakin artıq anklavın cənub hissəsinə köçürülüb”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM