satellite   Azerspace-1: 11135 H 30000

İsveçrə ABŞ-nin rəhbərliyi altında Danimarkada keçirilən təlimlərə qoşulub

İsveçrə ABŞ-nin rəhbərliyi altında Danimarkada keçirilən təlimlərə qoşulub

Neytral statusa malik İsveçrə keçən həftə ABŞ-nin rəhbərliyi altında Danimarkanın Karup şəhərində keçirilən “Bold Quest 2023” hərbi təlimlərində ilk dəfə iştirak edib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

“Keçən həftə İsveçrə Danimarkanın Karup şəhərində “Bold Quest 2023” beynəlxalq təlimlərində iştirak edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu beynəlxalq hava əməliyyatları təlimlərinə İsveçrədən 17 hərbçi qatılıb. Danimarkada isveçrəli pilotlar iki F/A-18 təyyarəsində hava hücumundan müdafiə sahəsində bilik və bacarıqlarını təkmilləşdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM