satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu Livanda əməliyyat keçirib, terrorçu dəstə məhv edilib

İsrail ordusu Livanda əməliyyat keçirib, terrorçu dəstə məhv edilib

İsrailin Hərbi Hava Qüvvələri Livan ərazisinə zərbələr endirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Dov dağı ərazisindəki terrorçu dəstə və silah anbarları məhv edilib.

Əməliyyat nəticəsində İsrail ordusunda itki olmayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM