satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Tarix boyu türk millətinə üz tutan heç kəsi geri göndərməmişik

Ərdoğan: Tarix boyu türk millətinə üz tutan heç kəsi geri göndərməmişik

Müasir dünyada urbanizasiyanın artması ilə zəifləyən ailə bağlarının əhəmiyyəti özünü daha çox büruzə verir. Ailələrin kiçilməsi və şəxsi həyatın daha da qabarıq hal alması indiki insanları ailənin onlara verdiyi imkanlardan məhrum edib. Müasir insanın daha tənha, həyatın çətinliklərinə daha həssas və daha zəif olduğu danılmaz bir həqiqətdir.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Ailə Şurasının VIII İclasında çıxışı zamanı ifadə edib. Ailənin cəmiyyətin təməli olduğunu və insan həyatındakı mühüm əhəmiyyətini xatırladan Türkiyə Prezidenti dünyada baş verən qarşıdurmalar səbəbindən uşaqların bundan məhrum qaldığını vurğulayıb.

İsrail ilə Fələstin arasında davam edən qarşıdurmaya toxunan Prezident Ərdoğan bu problemin həlli, xüsusilə bölgədəki gərginliyin aradan qaldırılması istiqamətində beynəlxalq qurumların təsirli addım atmadığını, bu vəziyyətdən ən çox uşaqların əziyyət çəkdiyini qeyd edib. Tarix boyu kimliyindən asılı olmayaraq türk millətinə üz tutan heç kəsin geri göndərilmədiyini bildirən Türkiyə Prezidenti bunun son nümunəsi olaraq Rusiya-Ukrayna qarşıdurmasında Türkiyəyə gələn mülki vətəndaşlara göstərilən dəstəyi xatırladıb.

Qəzzaya çatdırılması üçün 10 təyyarə ilə Türkiyədən Misirə göndərilən yardım materiallarının ümumi miqdarının 200 tonu keçdiyini deyən Prezident Ərdoğan bildirib ki, bundan əlavə, türkiyəli tibbi mütəxəssislərdən ibarət 25 nəfərlik heyət bölgədə fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM