satellite   Azerspace-1: 11135 H 30000

KİV: "Paşinyan ictimaiyyət arasında görünməməyə çalışır"

KİV: "Paşinyan ictimaiyyət arasında görünməməyə çalışır"

“Ermənistanın baş naziri Nikol Paşinyan kütləvi tədbirlərdən qaçır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, baş nazir bir gün əvvəl 1999-cu il oktyabrın 27-də parlamentdə terror aktı qurbanlarının xatirəsini həlak olanların qohumlarından ayrı olaraq yad edib. Hökumət bunun səbəbini qəzetə izah edə bilməyib. Hətta parlament onun gəlişindən az əvvəl xəbər tutub.

“Baş naziri bir neçə yüz mühafizəçi qorusa da, ictimai tədbirlərdən, yöndəmsiz suallardan və təhlükəsizlik səbəbindən qaçır”, - qəzet yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM