satellite   Azerspace-1: 11135 H 30000

Qətər “HƏMAS”ın Dohadakı qərargahını bağlamayacaq

Qətər “HƏMAS”ın Dohadakı qərargahını bağlamayacaq

Qətər oktyabrın 7-də İsrailə hücumdan sonra Fələstinin radikal “HƏMAS” hərəkatının Siyasi Bürosunun Dohadakı qərargahını bağlamaq niyyətində deyil. Çünki bu kommunikasiya kanalı hazırda Qəzzada saxlanılan girovların azad edilməsi üzrə danışıqlar və hərbi əməliyyatların gərginləşdirilməsinə qarşı yönəlmiş səylər üçün vacibdir.

Naxçıvan televiziyası  xəbər verir ki, bunu “CNN” telekanalına açıqlamasında Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

Onun sözlərinə görə, rabitə kanalı müəyyən vaxtlarda Fələstin-İsrail arasında gərginliyin qarşısını almaqda mühüm rol oynayıb:

“İndi bu, cari eskalasiya zamanı faydalıdır. Bu, girovların azad edilməsinə və onların ailələrinə qaytarılmasına vasitəçilik edə biləcəyimiz yeganə yoldur”.

Qətərli diplomat qeyd edib ki, İsrail qüvvələrinin Qəzza zolağında davam edən yerüstü əməliyyatı Dohanın Fələstin anklavında saxlanılan girovları azad etmək səylərini xeyli çətinləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM